Bakıdan icarəyə maşın götürüb Şəkidə mal-qaraları oğurladılar - VİDEO
01 may 2025 10:06 (UTC +04:00)

Bakıdan icarəyə maşın götürüb Şəkidə mal-qaraları oğurladılar - VİDEO

Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Gecə saatlarında tövlələrə girən naməlum şəxslər dəyəri 30 min manata yaxın olan 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törədən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gələrək burada oğurluq etdiklərini bildiriblər. Araşdırmalarla dəstə üzvlərinin oğurladıqları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar

Bakıda sənədləşmə adı ilə 30 minlik DƏLƏDUZLUQ

Bakıda sənədləşmə adı ilə 30 minlik DƏLƏDUZLUQ

1 may 2025 , 12:20
Bakıda qadının meyiti hamamda TAPILDI

Bakıda qadının meyiti hamamda TAPILDI

1 may 2025 , 10:56
Samuxda 62 minlik  qoyun-keçi oğurlandı

Samuxda 62 minlik qoyun-keçi oğurlandı

1 may 2025 , 10:28
Kartlardan 30 min manatdan  çox pul oğurlandı

Kartlardan 30 min manatdan çox pul oğurlandı

1 may 2025 , 10:26
“Tərtər işi” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

“Tərtər işi” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

1 may 2025 , 10:16
Azərbaycanda 126 nəfər zəhərləndi, 4 nəfər öldü

Azərbaycanda 126 nəfər zəhərləndi, 4 nəfər öldü

1 may 2025 , 09:39
Bakıda qiraətçi hamamda boğulub öldü

Bakıda qiraətçi hamamda boğulub öldü

1 may 2025 , 09:23
Masallıda məktəbli qızlar arasında dava - Bir qızı xəstəxanalıq etdilər

Masallıda məktəbli qızlar arasında dava - Bir qızı xəstəxanalıq etdilər

1 may 2025 , 01:03