Yığmamız Avropa çempionatına məğlubiyyətlə başladı
07 sentyabr 2013 00:19 (UTC +04:00)

Yığmamız Avropa çempionatına məğlubiyyətlə başladı

Sentyabrın 6-da qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriib. Apasport.az saytının məlumatına görə, Almaniya və İsveçrənin ev sahibliyi edəcəyi yarışda Azərbaycan yığması ilk matçını Xorvatiyaya qarşı keçirib. 

Bu həm də Faiq Qarayevin rəhbərlik etdiyi komandanın yer aldığı C qrupunun Drezdendə açılış oyunu olub. Voleybolçularımız görüşün favoriti hesab olunsalar da, rəqib oyuna uğursuz başlayıblar. Komandamız ilk 15:25, ikinci 22:25 və üçüncü setdə 21:25 məğlub olublar.

Azərbaycan voleybolçuları növbəti oyununu sentyabrın 7-də Belarus yığmasına qarşı keçirəcək.






AZƏRBAYCAN – XORVATİYA - 0:3 (15:25, 22:25, 21:25)


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar