Topaz Premyer Liqasında ilk dəfə
12 sentyabr 2013 11:45 (UTC +04:00)

Topaz Premyer Liqasında ilk dəfə

 

Futbol üzrə Topaz Premyer Liqasında VI turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi ilk dəfə baş hakim qismində qadın referiyə təyinat verib.

 

Autsayderlər qrupundakı “Rəvan”la liderlərdən olan “Qarabağ” arasındakı matçı Səbayel Qurbanova idarə edəcək. Qurbanovanın idarəçilik zamanı çətinliklə üzləşməməsi üçün bu görüşə əlavə köməkçi hakimlər də göndəriləcək. Onlardan biri hazırda ən yaxşı formada olan FİFA referimiz Əliyar Ağayevdir.

 

“Xəzər Lənkəran”la “Bakı” arasında keçiriləcək görüşdə də 6 hakim iş başında olacaq. Əvəzində “Neftçi” və “İnter”in üz-üzə gələcəyi paytaxt derbisində bu qədər ədalət təmsilçisinə ehtiyac duyulmayıb.

 

Digər tərəfdən, ötən tur “Sumqayıt” – “Rəvan” matçında qonaq komandanın futbolçusunu ikinci sarı vərəqədən dərhal sonra yox, bir qədər gec qovan sabiq FİFA referisi Fariz Yusifov bu dəfə oyunsuz qalıb. IV turda “Sumqayıt” – “Qəbələ” matçında səhvlərə yol vermiş digər referi Orxan Məmmədov isə ardıcıl 2-ci dəfə təyinatsız qalıb.

 

Əliyar Ağayev və Rəhim Həsənov bu dəfə 2 oyuna təyinat alıb. Onlar həm əlavə köməkçi hakim, həm də baş hakim funksiyasını yerinə yetirəcəklər.  

 

12 sentyabr (cümə axşamı)

 

19:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)

Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Namiq Hüseynov, Namiq Bəkirov

Bakı, “Bakcell Arena”

 

13 sentyabr (cümə)

 

19:00. “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam)

Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

Bakı, “Bayıl Arena”

 

14 sentyabr (şənbə)

 

19:00. “Xəzər Lənkəran” – “Bakı”

Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elşən Acalov, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev

Lənkəran şəhər stadionu

 

15 sentyabr (bazar)

17:00. “Simurq” (Zaqatala) – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Ziya Nəsirov

Qəbələ şəhər stadionu

 

18:00. AZAL (Bakı) – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov

Bakı, “AZAL Arena”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar