Futbol üzrə Topaz Premyer Liqasında VI turun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, qarşıdakı turun oyunları 4 gün davam edəcək.
Tura sentyabrın 12-də paytaxt derbisi ilə start veriləcək. Son oyun isə lider AZAL-ın iştirakı ilə baş tutacaq. İlk 3 günün qarşılaşmaları eyni saatda başlanacaq:
12 sentyabr (cümə axşamı)
	19:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
	Bakı, “Bakcell Arena”
	
	13 sentyabr (cümə)
	19:00. “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam)
	Bakı, “Bayıl Arena”
14 sentyabr (şənbə)
	19:00. “Xəzər Lənkəran” – “Bakı”
	Lənkəran şəhər stadionu
15 sentyabr (bazar)
	17:00. “Simurq” (Zaqatala) – “Sumqayıt”
	Qəbələ şəhər stadionu
	18:00. AZAL (Bakı) – “Qəbələ”
	Bakı, “AZAL Arena”.