“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü “topçular”da qalmağı üstün tutub.
Klubla müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçu bir müddət əvvəl getməyi planlaşdırsa da, Pyerr-Emerik Obameyanqın transferindən sonra fikrini dəyişib. O, “topçular”la anlaşma müddətini 2021-ci ilə qədər uzadıb.
Almaniya millisinin üzvü həm də klub tarixinin ən yüksək ödənişli oyunçusuna çevrilib. Belə ki, onun həftəlik məvacibi 350 min funt-sterlinq təşkil edəcək.