“Sabah çox çətin oyun olacaq. Gücləndiyimizə inanıram. Meydanda öz oyunumuzu göstərəcəyik”. Apasport.az saytının məlumatına görə bu fikirləri “Yuventus”un baş məşqçisi Antonio Konte “Qalatasaray”la oyun öncəsi bu gün keçirilən mətbuat konfransında deyib.
Çempionlar Liqasının VI turundakı İstanbulda keçiriləcək qarşılaşmanı dəyərləndirən italiyalı mütəxəssis meydana qalibiyyət üçün çıxacaqlarını bildirib: “Nəticə haqqında danışmaq istəmirəm, amma meydana qazanmaq üçün çıxacağıq. “Yuventus”a yaraşan oyun göstərməyə çalışacağıq. İlk oyundan bəri güclənmişik, amma “Qalatasaray” qarşısında diqqətli olmalıyıq. İstanbula bir gün öncədən gəlməyimiz rəqibdən çəkinməyimiz demək deyil. Çempionlar Liqasındakı oyunlara bir gün əvvəlcədən gələrək qarşılaşmanın keçiriləcəyi şəhəri görmək və tanımaq istəyirik. Mərhələ adlamaq şansımızla bağlı danışmaq istəmirəm, amma meydanda daha çox çalışanın qalib gələcəyini arzulayıram”.
Konte futbolçusu Andrea Pirlonun bu matçda zədə səbəbindən oynaya bilməməsi ilə bağlı da danışıb: “Pirlonun yoxluğunda çox çətin dönəmlərdən keçdik. O, yeri doldurula biləcək bir futbolçu deyil. Amma biz ötən mövsüm onun yoxluğunda çətin sınaqlardan keçməyi bacardıq. Bunu təkrarlaya biləcək bir heyətə sahibik”.

Konte:" “Yuventus”a yaraşan oyun göstərməyə çalışacağıq"
Oxşar yazılar

Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20