Adı “Qalatasaray”la birgə hallanan Georgi Haci bu iddialara münasibət bildirib. Lent.az-ın məlumatına görə, rumıniyalı məşqçi İstanbul klubu ilə danışıq aparmadığını dilə gətirib: “Bilirəm ki, adım “Qalatasaray”la birgə çəkilir. Ancaq bu xəbərlər həqiqəti əks etdirmir. “Qalatasaray”dan mənimlə əlaqəyə çıxan olmayıb. Klubun nümayəndələri ilə də görüşməmişəm".
Qeyd edək ki, ardıcıl məğlubiyyətlərdən sonra “Qalatasaray”ın baş məşqçisi Çezare Prandellinin istefa verəcəyi gözlənilir.