Futbolçu 30 yaşında öldü
24 dekabr 2012 16:01 (UTC +04:00)

Futbolçu 30 yaşında öldü

 

 

Rumıniyalı futbolçu Kristian Tudor 30 yaşında dünyasını dəyişib. Lent.az-ın “Sportul Bistritean”a istinadən verdiyi məlumata görə, Tudor qara ciyər serrozundan ölüb. 

 

O, dekabrın 26-da doğma şəhəri Bistritsada dəfn olunacaq. Son il ərzində sabiq hücumçu bir neçə dəfə kritik vəziyyətdə xəstəxanaya düşüb.

 

Qeyd edək ki, Kristian Tudor peşəkar karyerasına “Qloriya”da başlayıb. O, 2002-ci ildə Moldova “Şerif”inə keçib və həmin il ölkə çempionluğu və kubokunu qazanıb. Tudor 2003-cü ildə Rusiyanın “Alaniya”, 2004-cü ildə “Moskva” klublarına keçib. 2006-cı ildə “Alaniya”ya qayıdan forvard daha 3 il bu komandanın formasını geyinib. Tudor 2009-cu ildə “Qloriya”ya qayıtsa da, artıq çəki səbəbindən heyətdə möhkəmlənə bilməyib.

 

O, son zamanlar klubsuz idi.

# 1635
avatar

Oxşar yazılar