Bu gün əfsanəvi futbolçu, Argentina yığmasının sabiq oyunçusu və baş məşqçisi Dieqo Armando Maradonanın doğum günüdür. 1960-cı il, oktyabrın 30-da anadan olan Maradona 54 yaşını tamamlayır. Qeyd edək ki, futbolçu karyerası ərzində “Argentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarının formasını geyinən Maradona 2008-2010-cu illər ərzində Argentina yığmasının baş məşqçisi olub.