Dünya Şahmat Tacı uğrunda görüşün yeri və mükafat fondu Bakıda açıqlandı
06 may 2013 12:50 (UTC +04:00)

Dünya Şahmat Tacı uğrunda görüşün yeri və mükafat fondu Bakıda açıqlandı

Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası işinə başlayıb. Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmiləri ilə birgə mayın 6-da Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Sonra onlar jurnalistlər üçün brifinq keçiriblər. FİDE prezidenti Kirsan İllümjinov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və AŞF rəhbərliyinin dəvəti ilə səfərə gəliblər. FİDE-nin il ərzində ikinci iclasının keçirildiyini deyən İllümjinov toplantıya qurumun bütün qitələr üzrə rəsmilərinin qatıldığını açıqlayıb. Şura üzvləri 50-dən çox məsələyə baxıb. Ən əsas müzakirə mövzusu dünya şahmat tacı uğrunda hindistanlı Vişvanatan Anandla norveçli Maqnus Karlsen arasındakı görüşlə bağlı olub. Bununla əlaqədar Hindistan Şahmat Federasiyası ilə müqavilə bağlanılıb. Qarşılaşma noyabrda Hindistanın Çennay şəhərində oynanılacaq.

 

Digər yarışlar – qadınlar, uşaqlar arasında dünya çempionatları, Qran-Pri ilə əlaqədar Prezident Şurasında müzakirələr aparılıb. Ən əsas məsələ isə Bakıda 2015-ci ildə keçiriləcək Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası olub. İllümjinov Dünya Kubokunu ən əlamətdar hadisələrdən adlandırıb. Onun sözlərinə görə, Prezident Şurasının bütün üzvləri hazırlığın gedişindən razı qalıblar. O da qeyd olunub ki, AŞF şahmatın inkişafı və populyarlaşdırılması üçün çox iş görür. FİDE-nin əsas proqramlarından biri “chess in school”dur və məktəblərdə uşaq şahmatının inkişafı sarıdan Azərbaycan bu sahədə bir çox ölkəyə nümunədir. Gələcəkdə Bakıda tikiləcək Şahmat Sarayında Uşaq Şahmat Akademiyası, eləcə də Beynəlxalq Şahmat Akademiyası və Şahmat Muzeyi də fəaliyyət göstərəcək.

 

İllümjinov hələ 2 il öncə FİDE-nin Prezident Şurası və İcraiyyə Komitəsində Dünya Şahmat Tacı uğrunda görüşün yerini seçmək hüququnun Hindistana verildiyini xatırladıb: “Həmin vaxt İngiltərə öz namizədliyini irəli sürsə də, lazımi məbləği tapa bilmədi. Nəticədə dünya çempionluğu matçının Rusiyanın paytaxtı Moskvada keçirilməsi qərara alındı.  Lakin Hindistana növbəti belə görüşə sifariş ərizəsi təqdim etmək hüququ verildi. Həmin qərara əsasən, ərizədə ən azı 2 milyon dollar pul təminatı verilməli idi. O vaxtlar məhz kimin dünya tacına iddia edəcəyini bilmirdik. Bu səbəbdən, növbəti görüşün Hindistanda keçirilməsi qərara alındı. Prezident Şurasının dünənki iclasında məhz 2011-ci ildə qəbul olunmuş qərar təsdiqləndi”.  

 

İddiaçılar Turnirinin mükafat fondu 2 milyon 550 min dollar təşkil edəcək. FİDE prezidentinin sözlərinə görə, Hindistan tərəfi mükafat fondunun ən azı 2 milyon dollar olmasını tələb edib. Fransa Şahmat Federasiyası Parisin namizədliyini irəli sürsə də, mükafat fondunun cəmi 600 min dollar olacağını açıqlayıb. Dünən isə Hindistan Şahmat Federasiyası mükafat fondunun artırılacağını bildirdi və yekun qərar qəbul olundu”.

 

Lakin FİDE reytinqinə başçılıq edən norveçli Maqnus Karlsen Hindistanın namizədliyinə qarşı çıxıb və açıq tender təklif edib. İllümjinov isə bildirib ki, Karlsenin bu barədə rəsmi mövqeyi olmayıb: “Onun maraqlarını təmsil edən hüquqşünasla Yunanıstanda və digər ölkələrdə görüşlər keçirilib və hüquqşünas görüşün digər ölkələrdə keçirilməsini istəyib. Lakin Prezident Şurası bütün müraciətlərə baxdı və matçın Çennayda keçirilməsinə qərar verdi”.

 

FİDE prezidenti onu da bildirib ki, Karlsen Hindistanda oynamaqdan imtina etsə, hazırkı dünya çempionu Vişvanatan Anandla reytinqdə növbəti pillədə olan rusiyalı Vladimir Kramnik qarşılaşacaq.

# 717
avatar

Oxşar yazılar

"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05