Azərbaycanlı boksçular ermənilərlə döyüşəcək
22 oktyabr 2014 16:12 (UTC +04:00)

Azərbaycanlı boksçular ermənilərlə döyüşəcək

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışların 4-cü günündə daha 4 boksçumuz rinqə çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ilk görüşdəcə Belarus nümayəndəsi Dmitri Asanauova məğlub olub – 1:2. Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov isə Avropa birinciliyinə qələbə ilə başlayıb. Bokçumuz slovakiyalı Qarlik Lukasdan üstün olub – 3:0. Milli komandamızın üzvü bu gün keçiriləcək 1/4 final mərhələsində Ermənistan idmançısı Qnel Muradyanla qarşılaşacaq.

Yeniyetmələrin Olimpiya oyunlarının iştirakçısı Məsud Yusifzadə də (52 kq) ilk görüşdə qələbə qazanıb. Həmyerlimiz Şotlandiya təmsilçisi Lii Makqreqor üzərində qələbə qazanıb – 2:1. Yusifzadənin 1/4 finaldakı rəqibi Gürcüstanı təmsil edən Qaqik Pozoyan olacaq.

69 kq məki dərəcəsində çıxış edən Roman Zakirov məşqçilərin ümidlərini doğrultmayıb. Boksçumuz ilk görüşdə xorvatiyalı Luka Prtenjakaya məğlub olub – 0:3.

Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar

"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq

"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq

6 may 2025 , 10:14
PSJ “Real”ın hücumçusu ilə maraqlanır

PSJ “Real”ın hücumçusu ilə maraqlanır

5 may 2025 , 22:04
"Liverpul"un ulduzu klubdan ayrılacağını  AÇIQLADI

"Liverpul"un ulduzu klubdan ayrılacağını AÇIQLADI

5 may 2025 , 19:20
Tomas Müller karyerasında 35-ci kubokunu  qazandı

Tomas Müller karyerasında 35-ci kubokunu qazandı

5 may 2025 , 18:15
Harri Keyn karyerasının ilk kubokunu  31 yaşında qazandı

Harri Keyn karyerasının ilk kubokunu 31 yaşında qazandı

5 may 2025 , 16:23
Komandası çempion oldu,  baş məşqçi sevinmədi

Komandası çempion oldu, baş məşqçi sevinmədi

5 may 2025 , 14:11
Klopp “Real”ın təklifindəm imtinaya görə peşman olub

Klopp “Real”ın təklifindəm imtinaya görə peşman olub

5 may 2025 , 11:28
“Real” Rodriqonun qiymətini AÇIQLADI

“Real” Rodriqonun qiymətini AÇIQLADI

4 may 2025 , 16:34