Azərbaycan futbolunda 20 min dollarlıq QALMAQAL
06 may 2013 12:17 (UTC +04:00)

Azərbaycan futbolunda 20 min dollarlıq QALMAQAL

Ölkə kubokunun yarımfinalı çərçivəsində baş tutmuş “Xəzər Lənkəran” – “Bakı” matçı ətrafında sular durulmaq bilmir. Apasport.az saytının məlumatına görə, lənkəranlıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə baş hakim Elçin Məmmədovun rüşvət alması iddiası yenidən gündəmə gəlib.

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun PFL prezidenti Ramin Musayevə laynsman vasitəsilə 20 min dollar göndərilməsini bildirməsi və həmin yan xətt hakiminin də bunu etiraf etməsi ortada rüşvət qalmaqalının olması faktını sübuta yetirib. “Futbol+” qəzetinin yazdığına görə, məsələdən agah olan “Bakı”nın prezidenti Hafiz Məmmədov qardaşı vasitəsilə Musayevə futzal referisinin hakimlikdən uzaqlaşdırılmasını tələb edib. 

Sübut istəyən Ramin Musayev aşkarlanan faktdan sonra Məmmədovu müdafiə etmək niyyətindən əl çəkib və “Bakı” rəsmisinə referinin idarəçilikdən uzaqlaşdırılacağına söz verib.

Bu məsələ ilə bağlı Elçin Məmmədovun fikrini də öyrənməyə çalışdıq. O, hakimlikdən uzaqlaşdırılmasından xəbərsiz olduğunu bildirdi: “Mənim bu haqda xəbərim yoxdur. Düzdür, ötən tur təyinat almadım. Ancaq bu, o demək deyil ki, cəzalandırılmışam və ya hakimlikdən uzaqlaşdırılmışam. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm”

Apasport.az saytının digər mənbədən əldə etdiyi xəbərə görə, Elçin Məmmədov hakimlikdən kənarlaşdırılıb və yalnız qərarın rəsmiləşməsi qalıb ki, bu da yaxın günlərdə reallaşacaq.

# 986
avatar

Oxşar yazılar

Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50