Ardan Turan nişanlandı
25 dekabr 2012 12:22 (UTC +04:00)

Ardan Turan nişanlandı

Türkiyə yığmasının və İspaniyanın “Atletiko” komandasının ulduzu Arda Turan və sevgilisi, aktrisa Sinem Kobal evliliklə bağlı gözlənilən ilk addımı atıblar. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ardan Turan ailəsi ilə birlikdə İstanbulda yaşayan Sinem Kobalın ailəsinə elçi gedib, Sinem Kobalı istəyib.

 

Ailələr arasında keçirilən nişan mərasimində Ardan Turan və Sinem Kobalın barmaqlarına üzüklər taxılıb. Daha sonra cütlük bunu bayram etmək üçün “Çapari Restorant”-a yollanıb. Restorana gələn cütlük 100 nəfərlik yer götürərək, restoranı qapadıb. Arda Turan nişan bayramı üçün böyük tort hazırlatdırıb. Tort kəsildikdən sonra Ardan Turan və Sinem Kobal qohumları ilə birlikdə “ Polat Renaissance Otel”-də əyləncə təşkil ediblər.

 

 

 

# 1332
avatar

Oxşar yazılar