Dortmund “Borussiya”sının və Almaniya yığmasının futbolçusu Marko Roys karyerasını İngiltərə çempionatında davam etdirməyə çox yaxındır. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücuma meylli yarımmüdafiəçinin “Liverpul”la razılığa gəldiyi bildirilir. Qeyd edək ki, Roysun “Borussiya” ilə müqaviləsinə əsasən, onu almaq istəyən klub 25 milyon avrosundan keçməlidir. Ancaq almanlar bu məbləği bir qədər yüksəltmək niyyətindədirlər.