AFFA sərxoş qapıçını klubuna qaytardı
17 dekabr 2012 15:45 (UTC +04:00)

AFFA sərxoş qapıçını klubuna qaytardı

AFFA rəhbərliyi Tovuzun “Turan” klubundan içkiyə meylli olduğu üçün kənarlaşdırılmış Andrey Popoviçi geri qaytarmağı xahiş edib. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov açıqlama verib.

 

O bildirib ki, Tovuz təmsilçisinin rəhbərliyindən Ukrayna əsilli qapıçıya bir daha şans verilməsini istəyib: “Popoviç 17 yaşlılardan ibarət yığmamızdan əsas millimizədək yol qət edib. Hazırda cəmi 20 yaşı var. Onu belə erkən yaşda itirmək istəmirik. Ona görə də “Turan” rəhbərliyi ilə görüşümdə qapıçıya bir daha şans verilməsini xahiş etdim”.

 

Məmmədovun sözlərinə görə, “Turan” rəhbərliyi də bu xahişi nəzərə alaraq, Popoviçi klubun ofisinə dəvət edərək, söhbət aparıb. Baş katib qapıçı ilə bağlı problemin müsbət həll olunacağına inam ifadə edib: “Eyni hal bir daha təkrarlansa, məsuliyyət Popoviçin üzərinə düşəcək”.   

 

Qeyd edək ki, Andrey Popoviç əvvəllər də içkiyə meylli olduğunu açıq-aşkar büruzə verib. O, ilin əvvəllərində Azərbaycan millisinin Dubay toplanışı zamanı komanda yoldaşlarının əhatəsində siqaret və içki ilə birgə şəkillər çəkdirərək, sosial şəbəkələrdən birində paylaşıb.   

 

# 1421
avatar

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49