“Xəzər Lənkəran”dan kim pul istəyir?
22 yanvar 2014 13:36 (UTC +04:00)

“Xəzər Lənkəran”dan kim pul istəyir?

0

“Bizim futbolçumuza Azərbaycan klublarından hansısa təklif gəlməyib”. Bunu apasport.az saytına Türkiyənin “Ərciyəsspor” klubunun prezidenti Ziya Ərən deyib.

 

Kayseri mətbuatının iddiasına görə, Superliqa təmsilçisi olan “Ərciyəsspor”un futbolçusu Sinan Kaloğluya Mustafa Dənizli və Güvənç Kurtarın çalışdırdıqları komandalardan maraq var.

 

Futbolçunun “Xəzər Lənkəran”a keçəcəyi daha inandırıcı görünür.

 

Ancaq Superliqanın autsayder komandasının prezidenti bildirib ki, hələ Azərbaycandan onlara təklif gəlməyib: “Xəzər Lənkəran” və “Rəvan” klublarından bizimlə əlaqə saxlayan olmayıb. Baş məşqçimiz Hikmət Karamanın heyətdə şans vermədiyi futbolçuya özünə klub tapmaq tapşırılıb. Onun mövsümün sonuna kimi bizimlə müqaviləsi var. Ancaq hansısa klubdan ona təklif gələrsə, müəyyən para qarşılığında onu buraxarıq. Bunda problem olmayacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 941

Oxşar yazılar