“Mustafa Dənizlini baş məşqçi postuna gətirməklə, “Xəzər Lənkəran” tarixində ən böyük müqavilələrindən birini bağlayıb. Bu, komandamızın uğurları üçün atılmış ən böyük addımlardan biridir”. Lent.az-ın məlumatına görə, bunu klubun vitse-prezidenti Tuyqun Nadirov yeni baş məşqçinin təqdimat mərasimində deyib.
O bildirib ki, Dənizlini tanıtmağa xüsusi ehtiyac yoxdur. Nadirovun fikrincə, Türkiyənin 3 ən böyük klubu ilə ölkə çempionu olmuş və Çempionlar Liqasında yarımfinaladək irəliləməyi bacarmış yeganə türkiyəli mütəxəssisin Azərbaycan futbolunda olması böyük hadisədir: “Artıq klub prezidenti ilə müqavilələr imzalanıb. “Xəzər Lənkəran” rəhbərliyi məqsədinə çatmaq üçün əlindən gələn vasitələrdən istifadə edir və edəcək. Belə bir mütəxəssisin cəlb olunması da bunun nəticəsidir. Biz dəvət etdiyimiz hər bir baş məşqçiyə şans vermişik. Əvvəlki baş məşqçimiz Con Toşak da 6 futbolçunu kənarlaşdırıb, 7-sini gətirmişdi. Dənizli də bu məsələlərdə sərbəstdir”.
Qeyd edək ki, “Xəzər Lənkəran” Mustafa Dənizli ilə 1,5 illik müqavilə bağlayıb.

“Xəzər Lənkəran” tarixində ən böyük müqavilə
Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50