“US Open”: Nadal və Uilyams qalib oldu
10 sentyabr 2013 11:48 (UTC +04:00)

“US Open”: Nadal və Uilyams qalib oldu

Tennis üzrə “Böyük dəbilqə” seriyalı ABŞ-ın açıq çempionatında (“US Open”) qaliblər müəyyənləşib. Lent.az-ın məlumatına görə, kişilərin fərdi mübarizəsində ispaniyalı Rafael Nadal finalda serbiyalı Novak Cokoviçi yenib - 6:2, 3:6, 6:4, 6:1.

 

Görüş 3 saatdan çox davam edib. Nadal karyerasında 2-ci dəfə “US Open”in qalibi olub.

 

Qadınların fərdi mübarizəsində isə ABŞ tennisçisi Serena Uilyams qalib olub. O, finalda belaruslu Viktoriya Azarenkonu üstələyib - 7:5, 6:7, 6:1. Bununla da S.Uilyams karyerasında 5-ci dəfə “US Open”i qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar