“Land of fire Azerbaijan” Avropada ən uğurlu reklam sayıldı
07 yanvar 2013 10:27 (UTC +04:00)

“Land of fire Azerbaijan” Avropada ən uğurlu reklam sayıldı

Rusiyanın nüfuzlu “Sovetskiy sport” nəşri ötən ilin geridə qalan son həftəsinə yekun vurub. Lent.az-ın məlumatına görə, gündəlik 400 min tirajla çap olunan qəzet 2012-ci ilin son həftəsini dəyərləndirib. 

İllik tirajı milyonlarla ölçülən qəzetin fikrincə, İspaniyanın “Atletiko” klubunun forması üzərində yer alan “Land of fire Azerbaijan” (“Odlar Yurdu Azərbaycan”) Avropada ən effektli reklam vasitəsi kimi ilk sırada yer alır. Bu sahədə araşdırma aparan rusiyalı jurnalistlər reklam vasitəsinin “Bakı” futbol klubu və “Atletiko” arasında imzalanan əməkdaşlıq müqaviləsinin tərkib hissəsi olduğunu qeyd edərək, əldə olunan anlaşma əsasında klubların oyunçu təcrübəsi, mütəxəssis mübadiləsi, yoldaşlıq oyunlarının təşkili, uşaq futbolunun inkişafı istiqamətlərində böyük bir layihəyə imza atdıqlarını qeyd edirlər. 

“Bakı” və “Atletiko” arasında başlanan əməkdaşlığa yüksək qiymət verən “Sovetskiy sport” İspaniya klubunun idarə heyətinin sədri Migel Anxel Xil Marinin “Bu reklam bizim Azərbaycana və onun qədim xalqına olan hörmətimizin göstəricisidir” sözlərini sitat gətirib. 

Rusiyanın ən qədim və köklü idman qəzeti Migel Anxel Xil Marinin “Oyun formalarında yerləşdirilən “Land of fire Azerbaijan” bizim hədiyyəmizdir və buna görə klubumuza heç bir vəsait ödənilməyib” ifadəsini xüsusi qeyd edərək, adıçəkilən reklam vasitəsinə Avropada həftənin reklamı kimi yüksək qiymət verib.

# 1111
avatar

Oxşar yazılar