Üç futbolçu millidən QOVULDU
04 iyun 2022 16:49 (UTC +04:00)

Üç futbolçu millidən QOVULDU

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Üç futbolçu -  Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Buna onların nizam-intizam qaydalarını pozması səbəb olub. Baş məşqçi Miloş Velebitin qərarı ilə onlar komandadan ayrılıb. Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Oxşar yazılar