Taysonu zorlamada ittiham edən qadın iddiasını geri götürdü
13 mart 2025 13:11 (UTC +04:00)

Taysonu zorlamada ittiham edən qadın iddiasını geri götürdü

Boks üzrə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Taysonu zorlamaqda ittiham edən qadın iddiasını geri götürüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ittiham tərəfi könüllü olaraq işə xitam verilməsini istəyib. Bundan əvvəl qarşı tərəf Taysonun 1991-ci ildə ABŞ-ın Albany şəhərində öz limuzinində bir qadına təcavüz etdiyini bildirib.

Tayson 1992-ci ildə təcavüzə görə 6 il həbs cəzasına məhkum edilib. Boksçu onu ittiham edən qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia edib. Üç il barmaqlıqlar arxasında yatdıqdan sonra 1995-ci ildə azadlığa buraxılıb.

Tayson 1987-1990-cı illərdə şəksiz ağır çəkidə dünya çempionu olub. Onun peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar