Britaniyanın “FourFourTwo” nəşri dünya futbol tarixinin ən yaxşı hücumçu cütlüklərinin versiyasını təqdim edib.
Lent.az xəbər verir ki, reytinqə “Milan”ın və Hollandiya millisinin keçmiş futbolçuları, 1988-ci ilin Avropa çempionları Ruud Qullit və Marko van Basten başçılıq ediblər.
Ən yaxşı hücumçu cütlüklərinin reytinqi
• 1. Marko van Basten və Ruud Qullit (“Milan” və Hollandiya)
• 2. Pele və Vava (Braziliya)
• 3. Endi Koul və Duayt York (“Mançester Yunayted”)
• 4. Kenni Dalqliş və İan Raş (“Liverpul”)
• 5. Terri Anri və Dennis Berqkamp (“Arsenal”)
• 6. Romario və Xristo Stoiçkov (“Barselona”)
• 7. Raul və Fernando Morientes (“Real” və İspaniya)
• 8. Alessandro Del Piero və Filippo İnzaqi (“Yuventus” və İtaliya)
• 9. Kevin Kiqan və Con Toşak (“Liverpul”)
• 10. Ferens Puşkaş və Şandor Koç (Macarıstan)
• 11. Ronaldo və Rivaldo (Braziliya)
• 12. Pele və Tostao (Braziliya)
• 13. Andrey Şevçenko və Filippo İnzaqi (“Milan”)
• 14. Alan Şirer və Kris Sutton (“Blekbern”)
• 15. Raul və Ronaldo (“Real”)