Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR
03 may 2025 09:35 (UTC +04:00)

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

“Bakı Marafonu 2025” ilə əlaqədar sabah səhər saat 9:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Əlavə olaraq qeyd edək ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə 4 may saat 4:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar