Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin mayın 9-da üç günlük atəşkəs təklifini rədd edib.
Lent.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
“Zelenski mayın 9-da Putinin üç günlük atəşkəs təklifini rədd etdi və 30 günlük atəşkəsdə israrlıdır”, - nəşr yazır.
Məlumata görə, Zelenski həmçinin bəyan edib ki, Ukrayna mayın 9-da Moskvaya parad üçün gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.