Astara gömrüyündə ƏMƏLİYYAT:  qarpızların içinə görün nə  doldurdular?
03 may 2025 09:25 (UTC +04:00)

Astara gömrüyündə ƏMƏLİYYAT: qarpızların içinə görün nə doldurdular?

Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla-qarpızın içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkoitik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində  gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar