Yuliya Yefimova, 6 qat dünya, 7 qat Avropa çempionu
11 mart 2021 10:47 (UTC +04:00)

Yuliya Yefimova, 6 qat dünya, 7 qat Avropa çempionu

“Seks qadağası vecimə deyil” - 6 qat dünya çempionu-FOTOLENT

“Olimpiya Oyunlarında heç hara gedə bilməməyimiz xoş deyil. Amma Olimpiadanın heç keçirilməməyindənsə belə olması yaxşıdır”.

Apasport.az saytının məlumatına görə, bunu üçqat Olimpiya mükafatçısı, 6 qat dünya, 7 qat Avropa çempionu Yuliya Yefimova deyib.

Rusiyalı üzgüçü Tokio Yay Olimpiya Oyunlarında koronavirusla bağlı çoxsaylı məhdudiyyətlərə münasibət bildirib. O, yarış zamanı mövcud olacaq seks qadağası haqda da danışmağı lazım bilib: “Gözləyin, siz seks qadağasından da soruşursunuz? Yarış zamanı seks qadağası heç vecimə də deyil. Əksər idmançıların da həmçinin. Üzücü olan odur ki, digər yarışlara gedə bilməyəcəyik. 2016-cı ildə öz yarışımız bitəndən sonra Olimpiadanın sonuna qədər komanda yoldaşlarımıza azarkeşlik etdik. İndi isə oradan gedib televizorda baxmalı olacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar