Ronaldo növbəti medalı alandan sonra etiraf etdi: "Bu məni çox üzür"
13 noyabr 2024 18:54 (UTC +04:00)

Ronaldo növbəti medalı alandan sonra etiraf etdi: "Bu məni çox üzür"

Portuqaliya Futbol Federasiyasının “Quinas de Platina” (Ən yaxşı futbolçu) medalını alan Kriştiano Ronaldo təltifdən sonra bir sıra açıqlamalar verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ulduz futbolçu çıxışında gənc oyunçuları millidə oynamağa çağırıb:

“Qarşıdakı illərdə ayaqlarımın mənə nə verəcəklərini bilmək üçün səbrsizlənirəm. Hədəfim 1000 qol, amma o olmasa belə dünyanın ən çox qol vuran oyunçusuyam. Bir çox klubda oynadım, çoxsaylı kuboklar qazandım. Amma bunların heç biri milli komandada oynamaqdan, ölkənizi və mədəniyyətinizi təmsil etməkdən qürurlu deyil. Gənc oyunçularımızın Portuqaliya yığmasında oynamaq istəməməyi məni üzür. Milliyə çağırılanda gəlin, zaman uçub gedir. Bir çox insanlar Portuqaliyanı kiçik ölkə kimi tanıyır. Amma çox böyükük, infrastruktur, stadionlar, möhtəşəm baş məşqçilər, ulduz futbolçular və yüksək potensiala malik gənc futbolçularımız var. Sadəcə bəzi çatışmazlıqlar var və bir gün möhtəşəm olacağımıza inanmağımız gərəkdir”.a

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227
avatar

Oxşar yazılar