Cristiano Ronaldo
09 noyabr 2021 18:21 (UTC +04:00)

Cristiano Ronaldo

Ronaldo "Mançester Yunayted"ə şərt qoydu?

Kriştiano Ronaldo 2022-ci ilin yayında “Mançester Yunayted”i tərk edə bilər.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, İngiltərə klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, portuqaliyalı ulduzu da itirəcək.

36 yaşlı hücumçu komandasının indiki nəticələrindən ciddi narazıdır. Ronaldo Avropa Liqasında oynamaq fikrində deyil. Bu üzdən də "Mançester" təmsilçisinin heyətində Çempionlar Liqasından aşağı səviyyəli qitə turnirində oynamamağa üstünlük verir.

Qeyd edək ki, Kriştiano 2003-09-cu illərdə də şərəfini qoruduğu “Mançester Yunayted”ə qayıdışından sonra 13 oyunda 9 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Oxşar yazılar