“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR
28 fevral 2024 16:57 (UTC +04:00)

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

İtaliyanın "Roma" klubu argentinalı hücumçu Paulo Dibala ilə müqaviləni uzatmaqda maraqlıdır. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin məlumatına görə, Dibalanın müqaviləsində 12 milyon avroluq sərbəst qalma maddəsi var və bu, yalnız xarici klublar üçün keçərlidir. “Roma” bu variantdan xilas olmaq və hazırda müddəti 2025-ci ildə başa çatan müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq istəyir.

İtaliya A Seriyasının bu mövsümündə 30 yaşlı Paulo Dibala 18 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun İtaliya kubokunda da iki oyunu və bir qolu var. Avropa Liqasında argentinalı beş oyunda iştirak etsə də, heç bir uğurlu nəticəyə imza atmayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar