Rəşad Sadıqov:   "Futbolçularım layiqli futbol oynadılar"
02 iyun 2024 22:26 (UTC +04:00)

Rəşad Sadıqov: "Futbolçularım layiqli futbol oynadılar"

"Birinci hissədə daha ehtiyatlı, ikinci hissədə isə daha hücuma meyilli oynadıq, bu oyun bizim üçün böyük təcrübədir"

Lent.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, birinci hissədə oyunun birinci hissə taktiki savaşla yadda qalıb.

“İkinci hissədə biz daha irəli oynamağa başladıq. Açıq futbol gedirdi. Bu oyun bizim üçün çox önəmli idi. 40 gün sonra Avropa kuboklarında bu səviyyəyə yaxın oyun gözləyirəm. Orda da bu iradə, ustalıq və güvənə ehtiyacımız var. Ortada kubok olduğu zaman bu cür rəqiblər maksimum oynayırlar. Biz də sonadək mübarizə apardıq. Amma alınmadı.Futbolçularım layiqli futbol oynadılar. Hər biri ilə fəxr edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

Arzu Qurbanlı

Oxşar yazılar