Reportyor Sara Karbonero
16 aprel 2021 19:39 (UTC +04:00)

Reportyor Sara Karbonero

“Real”ın əfsanəsindən boşandı: xərçəngə yoluxan gözəl indi necə görünür? 

Ən gözəl idman cütlüklərindən birinin münasibətində son qoyulur.

Lent.az xarici mediaya istinadən bildirir ki, əfsanəvi ispaniyalı qapıçı İker Kasilyas və reportyor Sara Karbonero ayrıldıqlarını bir ay əvvəl elan ediblər. İndi də boşanma ilə bağlı bütün bürokratik məsələləri bağlayıblar.

“Real”ın keçmiş kapitanı uzun illər ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb və özünü Madriddə yeni bir ev tapıb. Cütlük birlikdə böyüdükləri iki oğullarının analarının yanında qalmalarına razı olublar, ancaq İker istədiyi vaxt uşaqları ziyarət edə biləcək. Eyni zamanda, Kasilyas aliment və uşaqların təhsili üçün pul ödəyəcəyini vəd edib. Baxmayaraq ki, Karbonero özü yoxsulluq içində yaşamır. 

Radio və televiziya işlərinə əlavə olaraq, Slowlove moda markasının iki qurucusundan biridir. Və çox yaxşı görünür.

Cütlük 11 ildən çox bir münasibətdə idilər və 2016-cı ildə evlənmişdilər. Kasilyas ən seksual reportyor sayılan Karbonero ilə 2010 Dünya Kubokunu qazandıqdan sonra rəsmi tanış olmağa başlamışdı.

Finalın sonunda qapıçı Saranı efirdə öpmüşdü. 2016-cı ildə cütlük evlənmişdi. Kasilyas və Karbonero iki oğul böyüdürlər - yeddi yaşlı Martin və beş yaşlı Lukas.

Bu ilin fevral ayında Kasilyasın həyat yoldaşı, yumurtalıq xərçənginin geri qayıtmasından sonra xəstəxanaya yerləşdirilmişdi. Jurnalist əməliyyat keçirəndən sonra normal həyata qayıda bilib.

Kasilyas özü isə ürək tutmasından sonra karyerasını başa vurmağa məcbur olub. O, “Real” ilə 5 dəfə İspaniya çempionu olub, 3 dəfə Çempionlar liqasında qalib gəlib, iki dəfə UEFA Superkobokunu alıb, bir dəfə Qitələrarası kuboku və Dünya Klub çempionatını qazanıb. 

Kasilyas “Portu”nun heyətində 2 dəfə Portuqaliya çempionu olub, ölkə Kubokunu və Superkubokunu qazanıb. 

Əfsanəvi qapıçı İspaniya millisi ilə 2 dəfə Avropa çempionu (2008, 2012-ci illərdə) və 2010-cu ildə dünya çempionu olub. 

# 1968
avatar

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56