Qurban Qurbanov
07 may 2022 19:58 (UTC +04:00)

Qurban Qurbanov

Qurban Qurbanov mövqeyini QORUDU

Dünyanın ən yaxşı baş məşqçilərinin may ayı üçün ilk reytinq cədvəli açıqlanıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis arasında Azərbaycanı yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təmsil edir.

50 yaşlı mütəxəssisin aktivində 1589 xal var. Qurbanov ötən cədvəldəki mövqeyini qoruyub. O, 227-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2193) başçılıq edir. Yurgen Klopp (2129) ikinci, Joze Mourinyo (2082) üçüncüdür.

# 1983
avatar

Oxşar yazılar