Cüzeppe Yakini
24 mart 2021 11:49 (UTC +04:00)

Cüzeppe Yakini

Qovulan baş məşqçi geri qaytarıldı

“Fiorentina” yeni baş məşqçisinin adını açıqlayıb.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə Cüzeppe Yakini ilə anlaşdığını bəyan edib.

Köhnə-yeni komandası ilə münasibətləri rəsmiləşdirən 57 yaşlı mütəxəssis bu gün kollektivi ilk məşqinə çıxaracaq. Sezare Prandellini əvəz edən Yakini 2019-cu ilin dekabrından ötən ilin noyabrına qədər florensiyalılara başçılıq edib və uğursuz nəticələrə görə qovulub.

Qeyd edək ki, “Fiorentina” hazırda A seriyasında 29 xalla 14-cü pillədə qərarlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Oxşar yazılar