“Qarabağ”  Çempionlar Liqasında mübarizəyə başlayır
23 iyul 2024 10:04 (UTC +04:00)

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

0

“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Linkoln”la qarşılaşacaq. Görüşün baş hakimi macarıstanlı İştvan Vad olacaq.

Bakı vaxtilə saat 20:00-da keçiriləcək matç Cəbəllütariqdə baş tutacaq. Matç “CBC Sport” telekanalından canlı yayımlanacaq.

Komandalar arasında cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq. 

Qeyd edək ki, Ağdam təmsilçisi "Linkoln" (Cəbəllütariq) səddini aşacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

23 iyul

Çempionlar Liqası, 

II təsnifat mərhələsi, ilk oyun.

20:00. "Linkoln" - "Qarabağ"

Baş hakim: İştvan Vad (Macarıstan)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2184

Oxşar yazılar