“Qalatasaray”ın futbolçusu Mustafa Məhəmməd
15 aprel 2021 15:30 (UTC +04:00)

“Qalatasaray”ın futbolçusu Mustafa Məhəmməd

“Qalatasaray”ın hücumçusunun müqavilə sənədi OĞURLANDI

“Qalatasaray”ın futbolçusu Mustafa Məhəmmədlə bağlı qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “cim-bom”da icarə əsasında çıxış edən Misir millisinin hücumçusunun “Zamalek”lə müqavilə sənədi oğurlanıb.

24 yaşlı forvardın İstanbul təmsilçisinə icarəyə verilməzdən əvvəl “Zamalek”lə bağladığı yeni sözləşmə yoxa çıxıb. Əl-ayağa düşən Misir təmsilçisinin rəhbərliyi həmin sənədi tapa bilmir. Bu səbəbdən klub rəsmilərindən Əhməd İbrahim vəzifəsindən istefa verib.

Qeyd edək ki, bu ilin əvvəlində “Qalatasaray”a 1,5 illik icarəyə verilən Mustafa Məhəmməd “Zamalek”lə anlaşmasını 2024-cü ilin yayına qədər uzatmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar