Türkiyə Super Liqasında XXVIII tura start verilib.
Lent.az xəbər verir ki, "Qalatasaray" evdə "Antalyaspor"u qəbul edib.
Görüşə yaxşı başlayan meydan sahibləri, matçın 30-cu dəqiqəsində Viktor Osimhenin vurduğu qolla hesabı açıb. İlk hissənin sonlarına doğru "sarı-qırmızılılar" daha iki qol vuraraq üstünlüklərini artırıblar.
İkinci hissədə də üstünlüyü əldən verməyən "Qalatasaray", Osimhenin het-trik etdiyi matçda "Antalyaspor"u 4:0 hesabı ilə məğlub etməyi bacarıb.
Türkiyə Super Liqası
XXVIII tur
21:30. “Qalatasaray” - “Antalyaspor” - 4:0
Qollar: V. Osimhen, 30, 45+3, 52, A.Morata, 45 (Pen.)