PSJ azarkeşləri Mbappeni fitə basdı
04 aprel 2024 14:59 (UTC +04:00)

PSJ azarkeşləri Mbappeni fitə basdı

Bəzi PSJ azarkeşləri Fransa Kubokunun 1/2 finalında “Renno” ilə matçda (1:0) parislilərin hücumçusu Kilian Mbappeni fitə basıb.

Lent.az xəbər verir ki, PSJ – “Renno” oyunu aprelin 3-də baş tutub. Komandalar Fransanın paytaxtı Parisdəki “Park des Princes” stadionunda qarşılaşıblar. Meydan sahibləri minimal hesablı 1:0 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. Qarşılaşmada yeganə qolu Kilian Mbappe vurub.

Qeyd edək ki, daha əvvəl Kilianın artıq “Real”la 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilir. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını dediyi əlavə olunub. Öz növbəsində Los Blancos-un prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər korpusuna Mbappenin “Real Madrid”in yeni oyunçusu olacağı barədə məlumat verib.

# 1806
avatar

Oxşar yazılar