Patrik Vieyra “Genoa”nın baş məşqçisi  təyin olundu
20 noyabr 2024 19:46 (UTC +04:00)

Patrik Vieyra “Genoa”nın baş məşqçisi təyin olundu

İtaliyanın "Genoa" klubu fransalı mütəxəssis Patrik Vieyranın əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Vieyra noyabrın 20-də işə başlayacaq.

Patrik "Milan", "Kann", "Arsenal", "Yuventus", "İnter" və "Mançester Siti"nin keçmiş futbolçusudur. Fransa millisinin üzvü kimi Patrik dünya və Avropa çempionu olub. Vieyra peşəkar məşqçilik karyerasına 2015-ci ildə başlayıb.

Patrikin son iş yeri Fransanın “Strasburq”udur. O, həmçinin “Kristal Pelas”, “Nitsa”, “Nyu-York Siti” və “Mançester Siti”nin əvəzedici komandasını çalışdırıb. Bu mövsüm A Seriyasında 12 turdan sonra “Genoa” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar