Oyun zamanı futbolçunun dili qatlanıb öldü
11 may 2022 17:53 (UTC +04:00)

Oyun zamanı futbolçunun dili qatlanıb öldü

Türkiyədə keçmiş futbolçu meydançada dünyasını dəyişib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Muğla vilayətinin Bodrum qəsəbəsində baş verib. Meydançada futbol oynayan 45 yaşlı 3 uşaq atası Tuncay Orakın qəfil dili qatlanıb. Halı pisləşərək yıxılıb və əraziyə dərhal ambulans çağırılıb.

Ancaq T. Orak elə yolda ikən həyatını itirib.

Onu tanıyanlar Tuncay Orakın keçmiş professional futbolçu olduğunu bildirirlər.

Tuncay Orak

# 2580
avatar

Mehman Nəbiyev

Oxşar yazılar