Mourinyo qapıçıya  top daşıyanla mesaj   göndərdi
11 dekabr 2023 15:34 (UTC +04:00)

Mourinyo qapıçıya top daşıyanla mesaj göndərdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 15-ci turunun “Fiorentina” ilə oyununda (1:1) top daşıyandan istifadə edərək komandasının qapıçısı Ruyu Patrisioya mesaj çatdırıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, top daşıyan 35 yaşlı portuqaliyalıya oyunun sonunda Mourinyodan mesaj gətirib.

Nikola Zalevski və Romelu Lukaku meydandan qovulduqdan sonra "Roma" oyunu  9 nəfərlə başa vursa da, heç-heçəni saxlaya bilib. Romalıların yeganə qolunu ilk dəqiqələrdə Lukaku vurub.

“Roma” (25 xal) A Seriyasında dördüncü pilləyə yüksəlib. “Fiorentina” turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Oxşar yazılar