"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo nəslin ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, mtəxəssis birbaşa adını açıqlamasa da, bunun "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi olduğuna işarə edib.
“Hansı oyunçu ilə heç vaxt müqavilə bağlamamışam, amma istəmişəm? Mənim nəslimdə “kiçik oğlan” deyərdim. Balaca oğlan məşq etmək qabiliyyətinə malik deyildi, amma deməliyəm ki, bizim nəsildə o, ən yaxşısı idi”, - Mourinyo söyləyib.
Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Argentinalı hücumçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalı əvvəllər Fransanın PSJ və Kataloniya “Barselona”sında da çıxış edib.