Millinin 22 yaşlı futbolçusu FACİƏLİ şəkildə  öldü
12 noyabr 2024 12:37 (UTC +04:00)

Millinin 22 yaşlı futbolçusu FACİƏLİ şəkildə öldü

Ekvadorda milli komandanın və Kitodan olan LDU klubunun futbolçusu Marko Anqulo dünyasını dəyişib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 22 yaşlı yarımmüdafiəçi yol qəzası keçirdikdən sonra bir aydan çox xəstəxanada ağır vəziyyətdə olub. 

Oktyabrın 7-də Kitonun cənub-şərqində Anqulonun və daha dörd nəfərin getdiyi “Ford Explorer” tam sürətlə 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb.

Anqulo çanaq sümüyü sınığı, pnevmotoraks, beyin ödemi və digər xəsarətlər alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, o, noyabrın 11-nə keçən gecə dünyasını dəyişib.

Anqulo Ekvador millisində 2 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar