Messinin oynayacağı növbəti klub  AÇIQLANDI
17 may 2022 15:00 (UTC +04:00)

Messinin oynayacağı növbəti klub AÇIQLANDI

PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi 2023-cü ildə Amerikanın “İnter Mayami” klubuna keçəcək. 

Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, hücumçu həm də komandanın səhmlərinin 35 faizini alacaq. 

Transfer gələn yay baş tutacaq, Messi növbəti mövsümü PSJ-də keçirəcək. Argentinalının gedişindən sonra parislilər "Liverpul"dan misirli hücumçu Məhəmməd Salahı almağı planlaşdırır.

“İnter Mayami” İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemə məxsusdur. 11 turdan sonra komandanın aktivində 11 xalı var və Milli Futbol Liqasının Şərq Konfransının cədvəlində sondan əvvəlki, 13-cü yerdədir.

Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Bundan əvvəl o, bütün karyerasını "Barselona"da keçirib, onunla 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

# 2181
avatar

Oxşar yazılar