Messidən Fransa çempionatında  UNİKAL REKORD
09 may 2022 15:22 (UTC +04:00)

Messidən Fransa çempionatında UNİKAL REKORD

PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi unikal nailiyyətin müəllifi olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hücumçu Fransa çempionatının bir mövsümü zamanı qapı çərçivəsinə vuruş sayına görə rekorda imza atıb. Qeyd edilir ki, son 13 ildə ölkə çempionatında heç kimin zərbəsi on dəfə qapı dirəklərinə və tirinə dəyməyib.

Messi bu mövsüm Liqa 1-də 24 oyuna çıxıb. 34 yaşlı futbolçu 4 qol vurub və 13 məhsuldar ötürmə edib.


 

# 2232
avatar

Oxşar yazılar