Rayan Qarsiya Los-Ancelesdəki “Waldorf Astoria” otelində vandalizmə görə həbs edilib.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, 25 yaşlı amerikalı boksçu apreldə Devin Heynini məğlub etdikdən sonra dopinq testinin müsbət çıxması səbəbindən artıq qalmaqalın mərkəzindədir.
Məlumata görə, Beverli-Hillzdə baş verən insidentdən sonra həbs olunaraq nəzarətə götürülən Qarsiyanın rinqdən kənar vəziyyəti daha da gərginləşib.
O, otelin əmlakına, o cümlədən otağına və dəhlizinə ziyan vurduğuna görə saxlanılıb.
Onun spirt və ya narkotikin təsiri altında olduğu, lakin həbs olunarkən polislə əməkdaşlıq etdiyi bildirilir.