“Mançester Yunayted” futbol klubu qış transfer pəncərəsində eyni vaxtda beş futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, klubun əsas hədəfləri “Everton”un müdafiəçisi Jerrad Brantueyt, “Sportinq”in hücumçusu Viktor Qyökeres və yarımmüdafiəçi Covani Kenda, “Bavariya”nın müdafiəçisi Alfonso Davies və yarımmüdafiəçi Leroy Zanedir.
Mətbuatda yayılan xəbərlərə görə, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorim özü ilə keçmiş komandası “Sportinq Lissabon”dan (Qyökeres və Kenda) iki futbolçunu da götürmək istəyir. Qyökeres bu mövsüm klubda 15 oyun keçirib, 21 qol vurub və üç məhsuldar ötürmə verib, Kenda isə müntəzəm start heyətinə düşüb və bir neçə təsirli hərəkətə imza atıb.
Amorim həmçinin "Everton"dan ingilis Jerrad Brantueyti almaqla müdafiə xəttinə dərinlik qatmaq istəyir. Klubun heyətini daha da gücləndirmək üçün mümkün qədər çox pula ehtiyacı olduğu üçün şirniyyatlılar futbolçu satmaqda maraqlıdırlar.
Bu siyahının sonuncusu isə “Bavariya”nın futbolçuları Alphonso Davies və Leroy Zanedir. Hər ikisinin hazırkı klubu ilə müqaviləsi bitib və buna görə də bu qış endirimli qiymətə bazara çıxacaqlar.