İngiltərə millisinin keçmişq qapıçısı Co Hart 37 yaşında peşəkar futboldan ayrılıb.
Lent.az bildirir ki, bu barədə BBC xəbər verir.
Son klubu Şotlandiya “Seltik”i olub. Onunla üç mövsümdə ikiqat Şotlandiya çempionu, iki dəfə Şotlandiya Liqasının qalibi olub və Şotlandiya Kubokunu qazanıb.
"Mançester Siti"nin heyətində olduğu 12 il ərzində Co Hart iki dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Liqa Kubokunun və İngiltərə Kubokunun qalibi olub.
Hart İngiltərə yığmasında 75 oyun keçirib.