"Liverpul"un lideri komandasının son uğursuzluqlarından  DANIŞDI
18 mart 2025 18:21 (UTC +04:00)

"Liverpul"un lideri komandasının son uğursuzluqlarından DANIŞDI

İngiltərənin məşhur “Liverpul” futbol klubu son bir həftə ərzində iki nüfuzlu klub turnirində məğlub olaraq ardıcıl sarsıdıcı zərbələr alıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu həlledici saatda “mersisaydlılar”ın kapitanı, hollandiyalı mərkəz müdafiəçisi Vircil van Deyk komandadakı hazırkı vəziyyəti şərh edib.

"Beş gündə iki məğlubiyyət və dünya dağılır - futbol belə oyundur. Cəmi iki həftə əvvəl hər şey parlaq və çəhrayı idi. Vəziyyəti özümüz düzəltməliyik. Qarşıda bizi doqquz oyun gözləyir və düşünürəm ki, işi başa çatdırmaq üçün heç bir motivasiyaya ehtiyacımız yoxdur. Mövsümün əvvəlindən çox çalışdığımız əsas mükafat üçün mübarizə aparırıq", - van Deyk vurğulayıb.

Martın 17-nə keçən gecə “qırmızılar” İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a uduzub (1:2).

"Heç kim bizim Premyer Liqa titulu uğrunda mübarizə aparacağımızı gözləmirdi. Bu, qalib gəlmək üçün ən çətin kubokdur. Qarşıda çox şey var, çox müsbət və yaxşı anlar var. Bunun üçün çox çalışmalıyıq. İndi hər kəs öz milli komandalarında səfərdə olacaq, inşallah, onlar formada qalacaqlar, bundan sonra "Everton"la çətin oyuna hazırlaşacağıq", - Vircil van Deyk bildirib.

Bir qədər əvvəl "Liverpul" Fransa PSJ-sinə penaltilər seriyasında uduzaraq UEFA Çempionlar Liqasından kənarda qalıb. Bir ay əvvəl Arne Slotun komandası “Plimut”a uduzaraq (0:1) İngiltərə Kubokunda çıxışını dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar