“Liverpul” və “Milan” doğma meydanda məğlub olub
12 aprel 2024 03:01 (UTC +04:00)

“Liverpul” və “Milan” doğma meydanda məğlub olub

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Lent.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmalarından biri İtaliyada baş tutub. A Seriyası təmsilçiləri olan "Milan" və "Roma"nın üz-üzə gəldikləri matç paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul" isə İtaliyanın "Atalanta" komandasına 0:3 hesabı ilə məğlub olub.

Digər oyunlarda "Benfika" (Portuqaliya) "Marsel"ə ( Fransa) 2:1, Bayer" (Almaniya) isə "Vest Hem"ə (İngiltərə) 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.

# 1806
avatar

Oxşar yazılar