Krala hər şeyə icazə verilir: İbrahimoviç çempionluğu  belə qeyd etdi
23 may 2022 19:53 (UTC +04:00)

Krala hər şeyə icazə verilir: İbrahimoviç çempionluğu belə qeyd etdi

“Milan” futbolçuları klub tarixində 19-cu dəfə A seriyasının qızıl medallarını qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, rossonerilər sonuncu dəfə 2010/11 mövsümündə çempion olublar.

O vaxt komandanın lideri isveçli Zlatan İbrahimoviç olub. 11 il keçib və qocalmayan İbranın yenidən komandasının Skudettonu qazanmasında payı olub.

Mükafatlandırma mərasimini 40 yaşlı isveçli qeyri-adi qeyd edib. O, ictimaiyyət qarşısına bir şüşə şampan ilə çıxıb və sevinən azarkeşlərə də içki verib.

Sonra İbra siqarını çəkib. Qeyd edək ki, o, başa çatan mövsümdə A seriyasında 23 oyuna çıxıb, 8 qol vurub.
 

# 1920
avatar

Oxşar yazılar